Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Baş Prokurorluğun vəsatəti əsasında Özbəkistan Respublikasının Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Soltanov Elgün Sədyar oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Adalet.az xəbər verir ki, Bakı şəhəri Xətai rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Elgün Soltanovun külli miqdarda dələduzluq cinayətni törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Elgün Soltanov Özbəkistan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Digər Xəbərlər
22 Iyul 2026 12:53
Tiktoker "Arzum" ev dustaqlığına buraxıldı
21 Iyul 2026 18:18
Arayikgilin məhkəməsində prokurorlar çıxışa başlayıb - FOTOLAR
15 Iyul 2026 10:22
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
14 Iyul 2026 18:50
Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi
14 Iyul 2026 18:42
Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu
11 Iyul 2026 10:28
Monteneqrodakı qətl istintaqında Azərbaycan da iştirak etdi
07 Iyul 2026 19:51
Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu - FOTOLAR
06 Iyul 2026 11:39


Bakı -°C

