adalet.az header logo
  • Bakı -°C
25 Avqust 2026 09:30
79
DÜNYA
A- A+

Heqset İrana xəbərdarlıq etdi

“Lazım gələrsə, zərbələr endirəcəyik”.

Adalet.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset Viskonsin ştatındakı hərbi bazaya səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, Vaşinqtonun İrana qarşı hərbi variantı gündəmdən çıxarmadığını bildirib.

Heqset qeyd edib ki, “kinetik zərbələr” hazırda dayandırılmayıb və ehtiyac yaranacağı təqdirdə ABŞ ordusu bundan istifadə edəcək. O, İranın ABŞ hərbçilərinə qarşı hər hansı addım atması halında Vaşinqtonun cavab verəcəyini vurğulayıb.