Qazaxıstan onu Azərbaycana təhvil verdi
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Qazaxıstan Respublikasının səlahiyyətli orqanlarına ünvanlanan ekstradisiya sorğusu, habelə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əskərov Tahir Aydın oğlunun Azərbaycan Respublikasına ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Bu barədə Adalet.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən, Əskərov Tahir Aydın oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni ölkəmizin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında 25.02.2026-cı il tarixdə onun barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq, satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və daşınması) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub. İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış verilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Qazaxıstan Respublikası ərazisində müəyyən edilərək saxlanılıb.
Ekstradisiya prosedurları başa çatdırılaraq həmin şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Azərbaycan Respublikasına gətirilib və istintaq orqanına təhvil verilib.
Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Digər Xəbərlər
28 Avqust 2026 13:32
Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA
27 Avqust 2026 10:18
Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz
25 Avqust 2026 17:26
Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib
24 Avqust 2026 19:00
Beynəlxalq axtarışda idi - Azərbaycana gətiriləcək
21 Avqust 2026 12:13
Araik və Vardanyanla bağlı üçüncü ölkəyə müraciət edild
20 Avqust 2026 13:50
Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı
19 Avqust 2026 12:03
Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilirmi?
18 Avqust 2026 11:19


Bakı -°C

