Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin keçirdiyi tədbirlər nəticəsində qanunsuz yaşayan 50 əcnəbi vətəndaş saxlanılıb.
Adalet.az Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əcnəbilər arasında azərbaycanlılar da var.
Nazirliyin yaydığı məlumata görə, Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları da saxlanılanlar arasındadır.
Bildirilib ki, həmin şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzinə yerləşdirilib.
Hazırda onların deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.
Məlumata görə, həmin şəxslər Gürcüstan ərazisində hüquqi əsas olmadan yaşayırdılar.
Digər Xəbərlər
04 Iyul 2026 17:31
Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
04 Iyul 2026 16:00
Rusiya helikopteri və dəmir yolu körpüsü vuruldu
04 Iyul 2026 15:43
Navalnının ölümünə görə sanksiyaya məruz qaldılar
04 Iyul 2026 15:32


Bakı -°C

