21 Oktyabr 2024 12:19
743
MƏDƏNİYYƏT

Azərbaycanı şərləyən ABŞ müğənnisi, erməni Şer mükafatlandırıldı:“Rock and Roll”

Musiqi dünyasının Şer adı ilə tanıdığı  erməni əsilli ABŞ müğənnisi, prodüseri və aktrisası Şerilin Sarkisyan 78 yaşında mükafatlandırılıb.


Adalet.az xəbər verir ki, erməni müğənni “Rock and Roll” Şöhrət Zalına daxil edilib. Mərasom Ohayo ştatının Klivlend şəhərində baş tutub. ABŞ-də 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində inkişaf etmiş populyar musiqi janrıdır. Elvis Presli "rok-n-rollun kralı" adlandırılmışdır. O vaxtdan musiqidə böyük xidmətləri olan müğənnilər “Rock and Roll” Şöhrət Zalına daxil edilərək mükafatlandırılır
Qeyd edək ki, erməni Şer digər tanınmış ermənilər kimi erməni separatizmini dəstəkləyən, terrorçuları mənəvi və maddiköməkliyini əsirgəməyib.Böyük seyrçi auditoriyası olan Şer dəfələrlə açıq şəkildə Qarabağda baş verənlərdən danışaraq dünya ictimaiyyətini bu hadisələrə adekvat qiymət verməyə çağırıb.
Hətta o, 2022-ci ildə twitter hesabında Azərbaycana qarşı əsassız ittihamlar irəli sürdü. Son musiqi albomu 2013-cü ildə çıxan müğənni artıq neçə ildir, erməni təbliğatı ilə çıxış edərək içtimaiyyəti aldatmağa çalışırdı. Deyirdi ki, Ermənistandakı bütün uşaq evlərinin sakinləri "Azərbaycan aqressiyasının qurbanlarının övladlarıdır: "Ermənilər üçün çox qorxuram, onları heç kim Azərbaycandan qorumur. Ermənistanın nefti olmadığı üçün Azərbaycan onu məhv edəcək.
İrəvana səfərim zamanı iki yetimxananı ziyarət edərək, yetim uşaqlarla görüşdüm. Onlar valideyinləri azərbaycanlılar tərəfindən öldürüldükləri (doğrandıqları) üçün oraya yerləşdirilmişdi. Neftləri olduğu üçün onlara (Azərbaycana) söz deyən yoxdur”.
Xatırlayırsınızsa, erməni porno ulduz Kim Kardaşyan sosial media səhifələrində Qarabağdakı “humanitar böhran”dan yazırdı. “Təcili. Azərbaycanın blokadasının 23-cü günündə ölkə miqyasında elektrik enerjisi kəsilib. Enerjinin kəsilməsindən sonra havanın temperaturu 0°-yə çatıb. Qarabağ qaranlığa qərq olub”.

 P.S. Bütün bunların başında isə erməni lobbisi dayanır.

 Əntiqə Rəşid