adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Oktyabr 2021 16:23
1568
SAĞLAMLIQ

Azərbaycana yeni peyvənd gətiriləcək? - Nazir müavini AÇIQLADI

Hələ ki, Azərbaycanda dörd növ vaksin istifadə olunur və bu da kifayətdir.

Adalet.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə açıqlamasında Azərbaycana yeni vaksin gətirilməsi ilə bağlı suala cavab verərkən deyib.

O qeyd edib ki, əhali üçün kifayət qədər növdə vaksin təqdim edilib: “Hesab edirəm ki, hələlik Azərbaycana yeni peyvəndin gətirilmnəsinə ehtiyac yoxdur”.