adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
06 Avqust 2021 15:40
15989
SAĞLAMLIQ

Azərbaycanda 1 242 nəfər koronavirusa yoluxub - 8 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 349 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 258 nəfər müalicə olunaraq sağalıb, 5 051 nəfər vəfat edib, aktiv xəstə sayı 10 007 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 819, ötən müddət ərzində isə ümumilikdə 4 094 565 test aparılıb.