adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Aprel 2024 10:18
848
İDMAN

Levandovskidən het-trik, "Barsa"dan əzmkar qələbə

İspaniya La Liqasında 33-cü tura yekun vurulub. 

Adalet.az xəbər verir ki, turun son oyununda “Barselona” öz meydanında “Valensiya”nı qəbul edib. 

Kataloniya klubu fasiləyə hesabda geridə yollansa da, ikinci hissədə rəqibin azlıqda qalmasından yararlanaraq geridönüş edərək qələbə qazanıb. 

“Barselona” - “Valensiya” - 4:2
Qollar: Fermin Lopez, 22 (1:0), Huqo Duro, 27 (1:1), Pepelu, 38-pen. (1:2), Robert Levandovski, 49 (2:2), 82 (3:2), 90+3 (4:2)
Qırmızı vərəqə: Giorgi Mamardaşvili, 45+4 (“Valensiya”)

Bu qələbə sayəsində xallarının sayını 73-ə çatdıran “Barselona” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Valensiya” isə əvvəlki kimi 47 xalla turnir cədvəlində səkkizinci yeri tutur.