Azərbaycan nümayəndə heyəti Mərakeş Krallığında səfərdədir - FOTOLAR

Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali qurumunun rəhbəri xanım Lətifə Axarbaşın dəvəti ilə Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfəri başlayıb.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun daxil olduğu nümayəndə heyəti mayın 16-da L.Axarbaşla görüşüb.
Görüşdə Mərakeş tərəfi bu ölkənin Audiovizual Kommunikasiya üzrə Ali qurumunun rolu, missiyası və təşkilati xüsusiyyətlərinə dair ətraflı məlumat verib, iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın cari durumu və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin Mərakeşdə və Azərbaycanda media sahəsində tənzimləmə məsələləri, qanunvericilik, birgə layihələr və s. kimi məsələlərə də toxunulub. Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İ.Səttarov L.Axarbaşı Azərbaycana səfərə dəvət edib.
Azərbaycan nümayəndə heyəti, həmçinin Mərakeş Audiovizual Kommunikasiya üzrə Ali qurumunun binası ilə tanış olub və qurumun departament rəhbərləri ilə qısa fikir mübadiləsi də aparıb.
Digər Xəbərlər

Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüş keçirdi - FOTOLAR

Səidə Bəkirqızının çıxışına görə "Space TV"nin yayımı dayandırılır

“Ədalət” qəzetinin 35 illiyi ilə bağlı toplantı keçirilib - FOTOLAR

Rəşad Məcid: “Kimsə insanlar arasında bölücülük, nifaq yaradırsa…”

Azərbaycan nümayəndə heyəti Çində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda - FOTO

MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalandı

Medianın İnkişafı Agentliyi bu sayta xəbərdarlıq etdi
