Azərbaycanda 3 508 nəfər koronavirusa yoluxub - 13 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 508 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 365 009 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 338 279 nəfər müalicə olunaraq sağalıb, 5 138 nəfər vəfat edib, aktiv xəstə sayı 21 592 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 956, ötən müddət ərzində isə ümumilikdə 4 195 064 test aparılıb.
Digər Xəbərlər
04 May 2024 15:56
Bakıda “2-ci Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçirilir
03 May 2024 16:07Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59