adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 May 2024 12:18
1654
SAĞLAMLIQ

COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər

Qlobal biofarmasevtik şirkəti "AstraZeneca" ilk dəfə etiraf edib ki, onun COVID peyvəndi nadir yan təsirə - trombositopeniya sindromu ilə tromboza səbəb ola bilər.

Adalet.az xəbər verir ki, bu barədə B.Britaniyanın “The Telegraph” qəzeti məhkəmə sənədlərinə istinadən məlumat yayıb. 

Nəşrin izah etdiyi kimi, Oksford Universiteti ilə birgə hazırladığı peyvəndin xəstələrə ciddi zərər vurduğu və hətta ölümlə nəticələndiyi üçün şirkətə qarşı qrup davası açılıb.

“Peyvənd çox nadir hallarda trombositopeniya sindromu (TTS) ilə tromboza səbəb ola bilər. Bunun səbəbləri məlum deyil”, – qəzet məhkəməyə təqdim ediləm sənəddən sitat gətirib. 

Nəşrin məlumatına görə, London Ali Məhkəməsində 51 iddia qaldırılıb, zərərçəkənlər və onların yaxınları təqribən 125 milyon dollar məbləğində təzminat tələb edir.

Qəzet izah edir ki, trombositopeniya sindromu ilə tromboz qan laxtalarının əmələ gəlməsinə və trombositlərin sayının azalmasına səbəb olur.