Əlilliyin qiymətləndirilməsi ilə bağlı YENİLİK
Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Dəyişikliklə sənədə yeni bənd əlavə olunub. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
Digər dəyişikliklə isə Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
Digər Xəbərlər
19 Iyun 2026 16:06
SN və DGK dərman vasitələrinin idxalına nəzarəti gücləndirib
18 Iyun 2026 11:51
İndi, yaxşı dondurma var?
17 Iyun 2026 18:02
Pendirin bu xeyrini bilirdiniz?
16 Iyun 2026 11:34
Artıq çəki diz və bud oynaqlarınızın ən böyük düşmənidir - XƏBƏRDARLIQ
16 Iyun 2026 11:33
Oynaq ağrılarının əsas səbəbi nədir? – SN-nin travmatoloq-ortopedindən AÇIQLAMA
13 Iyun 2026 09:05
İsti havalarda nə qədər su içməliyik?
12 Iyun 2026 10:18
Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü - Dərisi soyuldu - VİDEO
12 Iyun 2026 09:57


Bakı -°C

