Prezident Administrasiyasında Ana Vətən Partiyasının sədri ilə görüş keçirilib
Prezident Administrasiyasında Ana Vətən Partiyasının sədri Günay Ağamalı ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə partiyanın Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyeviyunun 20-də Ana Vətən Partiyasının sədri Günay Ağamalı ilə görüşüb.
Görüş zamanı ölkədə həyata keçirilən çoxşaxəli islahatların mühüm tərkib hissəsi olan siyasi dialoq prosesinin əhəmiyyəti, sabitliyin əsasını təşkil edən həmrəylik mühitinin inkişafı, iqtidar-müxalifət münasibətləri və Ana Vətən Partiyasının fəaliyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb. Milli ideologiyanın fundamental dəyərlərindən biri olan həmrəyliyin təmin olunmasında siyasi partiyaların rolunun xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd olunub ki, siyasi dialoq prosesində iştirak edən tərəflər arasında formalaşan açıq və etibarlı münasibətlər yüksək peşəkarlıq və siyasi mədəniyyət tələb edir. Dövlətin dialoq mühiti ilə bağlı təşəbbüslərinin siyasi partiyaların fəaliyyətində yeni inkişaf mərhələsinin formalaşmasına şərait yaratdığı bildirilib.
Görüşdə Ana Vətən Partiyasının Milli Məclisdəki fəaliyyəti və qanunvericilik təşəbbüsləri də müzakirə olunub. Parlamentdə 10 müxalifət partiyasının təmsil edilməsinin siyasi plüralizmin inkişafına və ölkədə demokratik ənənələrin möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib.
Tərəflər gender məsələlərinin dövlət rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayaraq, qadınların siyasi proseslərdə iştirak səviyyəsinin ildən-ilə artdığını bildiriblər. Həmçinin informasiya məkanında təxribat xarakterli və qərəzli manipulyasiyalara qarşı mübarizədə siyasi partiyaların daha fəal mövqe tutmasının vacibliyi qeyd olunub.
Partiya sədri suverenliyin və milli birliyin qorunması istiqamətində iqtidarla sağlam əməkdaşlığa hazır olduqlarını bildirərək, bundan sonra da ölkənin və xalqın milli maraqlarına xidmət edən ictimai təşəbbüsləri genişləndirəcəklərini deyib.
Sonda Prezident Administrasiyasının rəsmisi dövlət və cəmiyyətin inkişafı naminə həyata keçirilən fəaliyyətlərdə Ana Vətən Partiyasına uğurlar arzulayıb.
Digər Xəbərlər
20 Iyun 2026 09:15
“ABŞ-nin icarəyə götürdüyü marşruta İran problem yaradarsa...”
20 Iyun 2026 09:00
Azərbaycan donor ölkəyə çevrilib - BMT-dəki nümayəndəmiz
19 Iyun 2026 19:56
“Eqoist düşüncə tərzi insanlara heç nə vermir...”
19 Iyun 2026 17:09
Beynəlxalq tədbirlər yeni regional reallığın, dayanıqlı sülhün və birgə əməkdaşlığın təşviqinə xidmət edir
19 Iyun 2026 16:35
IsDB Bakıdakı toplantılarında 6 milyard dollarlıq sazişlər imzalayıb
19 Iyun 2026 15:42
Məhəmməd Əl-Casir Azərbaycan Prezidentinə təşəkkür edib
19 Iyun 2026 13:41
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
19 Iyun 2026 13:26


Bakı -°C

