“ABŞ-nin icarəyə götürdüyü marşruta İran problem yaradarsa...”
“İran rejim TRİP layihəsinə görə Azərbaycan və Ermənistana qarşı yenidən hərəkətə keçib. İran rəsmiləri Ermənistani ABŞ ilə birgə təlimləri və TRİP layihəsinə görə təhdid edirlər. Görünür, Tehrana bu təlimat Moskvadan verilib. Hər iki ölkə koordinasiyalı şəkildə Nikol Paşinyan hökumətini ittiham edirlər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, ABŞ prezidenti İranda rejimi dəyişə bilmədi və yaxud istəmədi. Amma, ağır məğlubiyyətə baxmayaraq rejim yerindədir və Cənubi Qafqazın hər iki ölkəsini təhdid edirlər:
“Ümumiyyətlə, Zəngəzur dəhlizi təkcə Ermənistan və Azərbaycana aid deyil. Prosesdə Türkiyə var. O Türkiyə ki, İrandakı rejimin qalmasında əvəzsiz rol oynadı. Xüsusilə, kürd silahlıların İrana daxil olub, siyasi və silahlı xaos yaratmasının qarşısını aldı. Tehran rejimi birbaşa Ermənistan hakimiyyətini təhdid etməsi bu marşruta mane olması mümkün olmayacaq. İlk növbədə ABŞ buna imkan verməyəcək. ABŞ-nin icarəyə götürdüyü marşruta İran problem yaradarsa, Tehran özü yenidən problemlərlə üzləşəcək. Həmçinin ABŞ və İran arasında normallaşma prosesi gedirsə, Tehranın ABŞ layihəsinə qarşı ritorikası başa düşülən deyil. Ümumiyyətlə, Tehranın hazırkı mövqeyi manipulyasiyadır. İranın bütün qonşuları ilə münasibətləri kəskinləşməsi öz əleyhinə işləyəcək. ABŞ okeanın o tayından gəlib Ali dini rəhbəri S.Ə.Xameneini və digər ordu komandanlarıni öldürdü. Prezident M.Pezeşkian Azərbaycan prezidentinin müdaxiləsi ilə sağ qaldı. İndi durub Tehran rejimi Azərbaycana qarşı köhnə havanı çalır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Noyabr 2026 00:11
Prezidentin sosial media hesablarında paylaşım edildi - FOTO
11 Noyabr 2026 20:02
Azərbaycanın yerləşdiyi coğrafiya... - Səxavət Məmməd yazır
11 Noyabr 2026 19:35
Kəmaləddin Heydərov Polşanın Azərbaycandakı Səfirliyində olub - VİDEO
11 Noyabr 2026 18:15
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTOLAR
11 Noyabr 2026 17:54
Ramil Usubov MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin görüşündə iştirak etdi
11 Noyabr 2026 17:25
İlham Əliyev COP31 Liderlər Sammitində - YENİLƏNİB + FOTOLAR
11 Noyabr 2026 15:07
Əliyevlə Ərdoğanın səmimi anları - FOTOLAR
11 Noyabr 2026 14:52


Bakı -°C

