IsDB Bakıdakı toplantılarında 6 milyard dollarlıq sazişlər imzalayıb
İslam İnkişaf Bankı (IsDB) Qrupu Bakıda keçirilən 51-ci illik toplantılarında 10 üzv ölkə, bir neçə regional institut və özəl sektor şirkətləri ilə ümumi məbləği 6 milyard ABŞ dolları olan 67 saziş imzalayıb.
Adalet.az xəbər verir ki, bunu Qrupun Prezidenti Məhəmməd Əl-Casir toplantıların yekun mətbuat konfransında bildirib.
"Bu sazişlər kritik əhəmiyyət kəsb edən sektorlara yönəlib və vahid, mütəşəkkil IsDB qrupu olaraq inkişaf sahəsində yüksək səmərəli həllər təqdim etmək üçün sarsılmaz qətiyyətimizi təsdiqləyir", - o bildirib.
Onun sözlərinə görə, bundan əlavə, IsDB 9 transformasiya layihəsi üçün yeni maliyyələşdirmə şəklində 2,8 milyard ABŞ dollar ayrılmasını təsdiqləyib. "Bu layihələr 9 üzv ölkədə qarşılıqlı əlaqələri, enerji təhlükəsizliyini, ərzaq sistemlərini, iqlimə davamlılığı yaxşılaşdırmağa və dayanıqlı inkişaf sahəsində bir çox məqsədlərə nail olmağa imkan verəcək", - Əl-Casser əlavə edib.
Digər Xəbərlər
19 Iyun 2026 17:09
Beynəlxalq tədbirlər yeni regional reallığın, dayanıqlı sülhün və birgə əməkdaşlığın təşviqinə xidmət edir
19 Iyun 2026 15:42
Məhəmməd Əl-Casir Azərbaycan Prezidentinə təşəkkür edib
19 Iyun 2026 13:41
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
19 Iyun 2026 13:26
İlham Əliyev: Əziz Əliyev dağıstanlıların deportasiyaya məruz qalmaması üçün çox iş görüb
19 Iyun 2026 12:37
“İranın nüvədən imtina etməsi əslində İsrailə sərf etmir...”
19 Iyun 2026 12:32
Zelenski Rusiyanın "atasına od qoyur" – Politoloq
19 Iyun 2026 12:30
Prezident Administrasiyasında Əli İnsanovla görüş keçirilib
19 Iyun 2026 12:25


Bakı -°C

