“İranın nüvədən imtina etməsi əslində İsrailə sərf etmir...”
“ABŞ və İran arasında razılaşmanın həssas məqamları var. Əslində Tramp Suriyanı Hizbullah ilə toqquşdurmaq istəyir. Belə ki, Netanyahu ölkəsinin Livan ərazisindən qoşunlarını çıxarmayacağını və ABŞ-nin İranla əldə etdiyi sazişdə yer alan "Livan bəndi"ni yerinə yetirmək öhdəliyinin olmadığını açıq şəkildə bəyan edib. Buradan görünür ki, döyüşə fasilə verilsə də müharibə bitməyib. Əksinə daha ciddi mərhələyə keçid almaq üzrədir.Yaxın Şərqdə əsla qan, savaş durmayacaq”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.
Onun fikrincə, müvəqqəti fasilələrlə İsrail Livan, Suriya üzərində məqsədlərinə çatmaq üçün fəaliyyətini davam edəcək:
“Netanyahu hökumətinin bəzi nazirləri konkret olaraq Livanda evləri dağıtmaq, əhalini qırmaq barədə açıq fikirlər söyləyirlər. Dünya çox dəhşətli bir aqibətə doğru gedir. Pakistan və Türkiyənin hesabına ABŞ İranla razılığa gəldi. Ancaq növbəti mərhələdə bu dövlətlər ortaq dil tapa bilsələr ABŞ İsraili Livanla bağlı məqsədlərindən çəkindirə bilər. Lakin razılıq olmasa hazırki müqavilə pozula, müharibə təzədən qızışa bilər. İsrail buna ciddi cəhdlə çalışır. Bu pozuluşma müəyyən qədər İranın da əlinə bəhanə verib nüvə zənginləşdirməkdən əl çəkməməyə və məhsulu təhvil verməməyə əsas verə bilər. Həmçinin İranın nüvədən imtina etməsi əslində İsrailə sərf etmir. Ona görə ki, İranı əsasən buna görə hədəf çevirdi. Hazırki durumda, yəni ABŞ və İran arasında razılaşma davam etdiyi surətdə İsrailin əl-qolu bağlanmış olacaq.Yenə də o fikrimdə qalıram ki, Hizbullahın, Həmasın, Ənsarullahın varlığı, fəaliyyəti İsrail işğallarına dolayı dəstək və əsas verir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Noyabr 2026 18:41
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - ADLARI
03 Noyabr 2026 17:46
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi
03 Noyabr 2026 16:20
İlham Əliyevdən FƏRMAN
03 Noyabr 2026 14:27
“İnsan belə bir qardaşla münasibətləri korlayarmı?” - VİDEO
03 Noyabr 2026 12:51
Deputat bu şəxslərlə bağlı ÇAĞIRIŞ ETDİ
03 Noyabr 2026 12:37
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
03 Noyabr 2026 12:35
Milli Məclis Özbəkistanla yeni sazişləri ratifikasiya etdi
03 Noyabr 2026 12:13


Bakı -°C

