Səbinə Əliyeva yenidən ombudsman seçildi, parlamentdə and içdi
Milli Məclisin bu gün keçirilə plenar iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Adalet.az xəbər verir ki, namizədlər hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşana Valiyeva olub.
Səbinə Əliyevanın, Ceyhun Qaracayevin və Elşana Valiyevanın namizədliyi ayrı-ayrılıqda səsə qoyulub. Səbinə Əliyeva 100 səs çoxluğu ilə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) vəzifəsinə seçilib.
Sonra yenidən Ombudsman seçilən Səbinə Əliyeva vəzifəsinin icrasına başlamaqla əlaqədar deputatlar qarşısında and içdi, Prezident İlham Əliyevə və deputatlara ona göstərilən etimada görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Ombudsman 7 il müddətinə seçilir. Bir şəxs iki dəfədən artıq bu vəzifəyə seçilə bilməz. Səbinə Əliyeva birinci dəfə 2019-cu ildə İnsan hüquqları üzrə müvəkkili seçilib.
Digər Xəbərlər
03 Noyabr 2026 12:51
Deputat bu şəxslərlə bağlı ÇAĞIRIŞ ETDİ
03 Noyabr 2026 12:37
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
03 Noyabr 2026 12:35
Milli Məclis Özbəkistanla yeni sazişləri ratifikasiya etdi
03 Noyabr 2026 12:03
Parlament Zəfər Günü ilə bağlı bəyanat qəbul edib - YENİLƏNİB
03 Noyabr 2026 11:48
Bəhruz Məhərrəmov: "Azərbaycan regional sülhü öz gücü ilə təmin edib"
03 Noyabr 2026 11:43
Əhməd Cavadın arzuları 8 Noyabr Zəfəri ilə gerçəkləşdi - Zahid Oruc
03 Noyabr 2026 11:33
İlham Əliyev Panama Prezidentinə məktub göndərdi
03 Noyabr 2026 11:31


Bakı -°C

