Bəhruz Məhərrəmov: "Azərbaycan regional sülhü öz gücü ilə təmin edib"
“Prezident İlham Əliyev faydasız zənciri qıraraq regional sülhü birbaşa döyüş və diplomatiya meydanında mütləq Zəfərlə təmin etdi”.
Adalet.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin bugünkü plenar iclasında deyib.
Deputat bildirib ki, Azərbaycan bu gün azad, suveren və sülhü öz gücü ilə təmin etmiş dövlətdir. O, Zəfərin əldə olunmasında Prezident İlham Əliyevin siyasi kursunun və rəhbərliyinin həlledici rolunu vurğulayıb.
“Bu bizim qələbəmizdir, bizim silahımız, bizim əsgərimiz və bizim liderimizin qələbəsidir”, – deyə Bəhruz Məhərrəmov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev xalqa yalnız bir dövlət üzərində deyil, bütöv bir qlobal hegemonluq sistemi üzərində qələbə qazandırıb. Deputat bu hadisənin son iki əsrdə nadir rast gəlinən tarixi qələbə olduğunu diqqətə çatdırıb.
Bəhruz Məhərrəmov qeyd edib ki, 44 günlük müharibə xalqımızın tarixində misilsiz hərbi-siyasi Zəfər kimi yadda qalıb. O, hazırkı mürəkkəb beynəlxalq-siyasi şəraitdə qələbənin nəticələrini qorumağın da onun əldə edilməsi qədər çətin olduğunu bildirib.
“100 mindən artıq vətəndaşımızın öz ata-baba yurdlarına layiqli qayıdışının təmin olunması, keçmiş işğal zonasının milli iqtisadiyyata reinteqrasiya edilməsi bu gün Zəfərimizin dayanıqlılığının simvoludur”, – deyə deputat vurğulayıb.
O, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə də toxunaraq dağıdılmış yaşayış məntəqələrinin qısa müddətdə müasir yaşayış məskənlərinə çevrildiyini söyləyib.
Deputat çıxışında Azərbaycanın ərazi ölçüsünə dair müqayisələrə də yer verərək bu tarixi nailiyyətə görə İslam dünyasının Prezident İlham Əliyevə minnətdar olmalı olduğunu bildirib.
Digər Xəbərlər
03 Noyabr 2026 12:13
Səbinə Əliyeva yenidən ombudsman seçildi, parlamentdə and içdi
03 Noyabr 2026 12:03
Parlament Zəfər Günü ilə bağlı bəyanat qəbul edib - YENİLƏNİB
03 Noyabr 2026 11:43
Əhməd Cavadın arzuları 8 Noyabr Zəfəri ilə gerçəkləşdi - Zahid Oruc
03 Noyabr 2026 11:33
İlham Əliyev Panama Prezidentinə məktub göndərdi
03 Noyabr 2026 11:31
“Ən çox məskunlaşma Ağdam rayonundadır”
03 Noyabr 2026 11:28
İlham Əliyev yeni səfirləri qəbul etdi - YENİLƏNİB
03 Noyabr 2026 11:22
"Azərbaycanda qanunsuz fəaliyyət göstərən kriminal rejimin varlığına son qoyulub" - Spiker
03 Noyabr 2026 11:08


Bakı -°C

