Parlament Zəfər Günü ilə bağlı bəyanat qəbul edib - YENİLƏNİB
8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul edilib.
Adalet.az xəbər verir ki, bəyanatı deputat Hikmət Məmmədov oxuyub.
Daha sonra bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
11:20
Milli Məclisdə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bəyanat qəbul olunub.
Adalet.az bəyanatı təqdim edir:
“44 günlük Vətən müharibəsində qələbənin mahiyyəti dörd fundamental anlayışla ifadə olunur: ədalət, dövlətçilik, hüquq və quruculuq.
Ədalət ondan ibarətdir ki, torpaqlarımızın 30 illik işğalına son qoyulmuşdur. 8 Noyabr Zəfəri dövlətimizin ərazi bütövlüyünün bərpasına yol açmışdır. 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatı xalqımızın tarixində yeni şanlı səhifə açmış, Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən kriminal xunta rejiminin mövcudluğuna son qoyulmuşdur.
Dövlətçilik haqqında danışarkən qeyd edilməlidir ki, qələbə Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilmiş güclü dövlət quruculuğu siyasətinin qanunauyğun nəticəsi olmuşdur. Böyük səylər hesabına yaradılan siyasi, iqtisadi, diplomatik və hərbi potensial tarixi qələbədə öz təcəssümünü tapmışdır. 8 Noyabr Zəfəri xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsi olmuşdur.
Hüquq anlayışı isə beynəlxalq hüququn prinsiplərinin bərqərar olması ilə bağlıdır. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların onilliklər boyu kağız üzərində qalmış qərarları həyata keçirilmişdir. Dövlətlərin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn gücü bərpa olunmuşdur.
Quruculuq anlayışına gəlincə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramının icrası qələbəmizin məzmununu zənginləşdirir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönməsi azad olunmuş torpaqlarımıza həyat gətirir.
Böyük Qələbə Cənubi Qafqazda regional sülhün bərqərar edilməsi üçün də tarixi imkan yaratmışdır. Dövlət başçısı, cənab İlham Əliyevin növbəti illərdə regionda dayanıqlı təhlükəsizlik arxitekturasının qurulmasına və əməkdaşlıq imkanlarının reallaşdırılmasına yönəlmiş səyləri xüsusi əhəmiyyət daşıyır. Əminliklə söyləmək olar ki, möhtərəm Prezidentin bütün layihələri kimi, bu layihələr də uğurla başa çatdırılacaqdır.
İcazə verin, Azərbaycana tarixi Zəfər qazandırmış Müzəffər Ali Baş Komandanımıza, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığımızı bildirək, onları ürəkdən təbrik edək. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Onların fədakarlığını heç vaxt unutmamalıyıq”.
Digər Xəbərlər
03 Noyabr 2026 11:48
Bəhruz Məhərrəmov: "Azərbaycan regional sülhü öz gücü ilə təmin edib"
03 Noyabr 2026 11:43
Əhməd Cavadın arzuları 8 Noyabr Zəfəri ilə gerçəkləşdi - Zahid Oruc
03 Noyabr 2026 11:33
İlham Əliyev Panama Prezidentinə məktub göndərdi
03 Noyabr 2026 11:31
“Ən çox məskunlaşma Ağdam rayonundadır”
03 Noyabr 2026 11:28
İlham Əliyev yeni səfirləri qəbul etdi - YENİLƏNİB
03 Noyabr 2026 11:22
"Azərbaycanda qanunsuz fəaliyyət göstərən kriminal rejimin varlığına son qoyulub" - Spiker
03 Noyabr 2026 11:08
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
03 Noyabr 2026 11:01


Bakı -°C

