Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 91 uşaq himayədar ailəyə verilib.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, onlardan 51-i qız, 40-ı oğlandır.
Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.“Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların himayədar ailələrə verilməsi ilə onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəflənib.
Bildirilib ki, himayədar ailələrə müvafiq sosial dəstək tədbirləri də həyata keçirilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşağa görə aylıq 355 manat (əlilliyi olan uşağa görə 500 manat), 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi olan uşağa görə 600 manat), 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi olan uşağa görə 650 manat) aylıq müavinət ödənilir.Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə hər uşağa görə 200 manat birdəfəlik müavinətlə də təmin edilirlər.
Son aylarda himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirilib. Nəticədə uşağın himayədar ailəyə keçidi prosesi üçün minimal müddət azalaraq 2 həftəyə enib. Himayədar ailə olmaq məqsədilə müraciət edən vətəndaşlar üçün təlimlərinonlayn formada keçirilməsi imkanı da yaradılıb.
Digər Xəbərlər
03 Noyabr 2026 11:55
Zakir Həsənov generallarla birlikdə komanda-qərargah təlimini izlədi
03 Noyabr 2026 10:52
Pensiya alanların sayı açıqlandı
03 Noyabr 2026 09:16
“Amay” Ticarət Mərkəzinin damında təhlükə - VİDEO
02 Noyabr 2026 17:45
Bu yolda hərəkət məhdudlaşdırılacaq
02 Noyabr 2026 17:40
Nazirin yeni müşaviri kimdir? - Dosye
02 Noyabr 2026 17:36
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
02 Noyabr 2026 16:00
80 aptek yoxlanıldı, 24-də qanun pozuntusu aşkarlandı
02 Noyabr 2026 15:29


Bakı -°C

