adalet.az header logo
  • Bakı -°C
19 Iyun 2026 17:46
74
DÜNYA
A- A+

Türkiyə bu hadisədən danışır - Vəzifəli şəxsin qaçırılma anı

Türkiyədə iyunun 17-si İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) mədəniyyət şirkətinin baş direktor müavini Erhan Karaal qaçırılıb.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu gün Tuzlada yerləşən tikinti sahəsində, prefabrik konstruksiyalar zavodunda əlləri bağlı şəkildə tapılıb.

Karaalın İstanbulun Maltepe bələdiyyəsində evinin qarşısından qaçırılması ilə bağlı başladılan istintaq çərçivəsində 8 nəfər saxlanılıb. 

Saxlanılan şəxslərdən biri əvvəllər çalışdığı yerdən çıxarılan şəxs, ikisi isə əvvəllər İBB ilə əməkdaşlıq edən podratçı şirkətin 2 əməkdaşı olub. Həmin şəxslərin Yerebatan Sarnıcının Mədəniyyət Nazirliyinə verilməsindən sonra tender ala bilmədiyi və yeni tenderlərin verilməsi üçün Erhan Karaala təzyiq etdiyi müəyyən olunub.

Bundan başqa, E.Karaalın qaçırılmasının təhlükəsizlik kamerası vasitəsilə çəkilmiş görüntüləri ortaya çıxıb. Görüntülərdə 3 nəfərin onun qarşısını kəsdiyi, qollarından tutub zorla avtomobilə mindirdiyi görünür.

Sözügedən video Türkiyə gündəmini zəbt edib.