Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ
Talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçıların hərbi xidmətə yararlılığı məsələsinə aydınlıq gətirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Adalet.az-a verilən məlumatda bildirilib ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, talassemiya xəstəliyinin gen daşıyıcısı olan şəxslər hərbi xidmətə yararlı hesab edilirlər.
Belə ki, Əsasnamənin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun olaraq, “talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı sayılırlar.
Qeyd edək ki, hərbi xidmətə yararlılıq dərəcələri çağırışçıların sağlamlıq vəziyyətinə uyğun olaraq hərbi-həkim komissiyaları tərəfindən müəyyən edilir. Talassemiya gen daşıyıcılığı isə mövcud qaydalara əsasən şəxsin hərbi xidmət keçməsinə maneə yaradan hal hesab olunmur.
Digər Xəbərlər
20 Iyun 2026 13:00
Yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO
20 Iyun 2026 12:57
Bu çağırışçıların çıxışına məhdudiyyət qoyula bilər
20 Iyun 2026 12:40
"Avtovağzal" metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq - VİDEO
20 Iyun 2026 09:47
DYP-dən sürücü və piyadalara çağırış
19 Iyun 2026 20:01
Bakıda yeni ekspres marşrutu fəaliyyətə BAŞLAYIR
19 Iyun 2026 16:17
Rövşən Rzayev onların müraciətləri dinlədi
19 Iyun 2026 16:11
Kardinal Kuvakad: “Azərbaycanla Müqəddəs Taxt-Tac arasında ortaq inam möhkəmlənir”
19 Iyun 2026 13:32


Bakı -°C

