Pendirin bu xeyrini bilirdiniz?
Müntəzəm olaraq pendir yemək demensiyanın (ağıl zəifləməsinin) inkişaf ehtimalını azalda bilər.
Adalet.az xəbər verir ki, bu nəticə "Nutrients" jurnalında dərc olunan yeni elmi araşdırmada göstərilib.
Tədqiqat 65 yaşdan yuxarı 7900-dən çox yapon sakininin sağlamlıq göstəricilərinə əsaslanıb. Onlar 2019–2022-ci illərdə həyata keçirilən milli layihə çərçivəsində müşahidə olunublar. Alimlər pendiri ən azı həftədə bir dəfə yeyən iştirakçıları bu məhsulu qida rasionuna daxil etməyənlərlə müqayisə ediblər.
Nəticələrə görə, pendir yeyənlər arasında demensiya 3,4% hallarda qeydə alınıb, pendir yeməyənlərdə isə bu göstərici 4,5% təşkil edib. Cins, yaş, gəlir səviyyəsi, təhsil və ümumi sağlamlıq nəzərə alındıqdan sonra məlum olub ki, pendir yeyənlərin idrak pozğunluğu riski 24% aşağıdır.
Alimlərin fikrincə, pendirin bu müsbət təsiri onun tərkibindəki K2 vitamini, antioksidantlar, zülallar və probiotiklərlə əlaqəli ola bilər. Bu maddələr bağırsaq mikroflorasını gücləndirir, orqanizmdəki iltihabı azaldır və damar sağlamlığını yaxşılaşdırır və bütün bunlar demensiya riskini azaltmağa kömək edir.
Tədqiqatçılar qeyd edirlər ki, Yaponiyada pendirin qoruyucu effekti xüsusilə nəzərə çarpır, çünki ölkədə ümumilikdə süd məhsullarının istehlakı aşağıdır.
Digər Xəbərlər
11 Iyul 2026 10:14
Suda boğulan şəxsə necə kömək etmək lazımdır?
11 Iyul 2026 09:29
Bakıda yayılan qulaqdibi xəstəliyi epidemioloji hal alıb? - VİDEO
10 Iyul 2026 14:38
Azərbaycanda qulaqdibi xəstəliyi yayılıb? - RƏSMİ AÇIQLAMA
09 Iyul 2026 13:18
İnfarkt və insulta səbəb olan əsas yeməklər
09 Iyul 2026 09:05
Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq
08 Iyul 2026 14:51
PSİXOLOQ: “Ən təhlükəli məqam zorakılığın alqışlanmasıdır”
07 Iyul 2026 18:21
Sosial şəbəkələrdədə satılan bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
07 Iyul 2026 17:52


Bakı -°C

