Üç bacı bir kişiyə ərə getdi - FOTO
Üç bacının eyni kişi ilə ailə qurması internet istifadəçilərini heyrətləndirib. 18 yaşlı Santoş, 19 yaşlı Savitri və 20 yaşlı Saroc eyni şəxsə - Vikasa ərə getmək qərarına gəliblər, lakin bu addım cəmiyyətdə mübahisələrə səbəb olub.
Adalet.az bu barədə "Express" nəşrinə istinadən xəbər verir.
Məlum olub ki, bacılar sosial şəbəkələr üçün kontent hazırlayaraq birlikdə çalışırlar. Vikas isə onların operatorudur. Üç bacının eyni kişi ilə ailə qurmasının səbəbi onların birlikdə çox vaxt keçirməyə alışmalarıdır.
"Biz uşaqlıqdan bir yerdə yaşamışıq və bir-birimizdən ayrı həyat təsəvvür edə bilmirdik. Nikahın bizi ayıracağını anlayanda hətta intihar etmək barədə də düşündük. Sonra qərara gəldik ki, ölməkdənsə, bir yerdə qalaq və eyni kişiyə ərə gedək. Biz hamımız yetkin insanlarıq və bu qərarı könüllü qəbul etmişik", - deyə Saroc bildirib.
Öz növbəsində, Vikas da onların yaxınlığına görə hər üçü ilə evlənməyə razılaşdığını etiraf edib:
"Mən bu üç bacının bir-birinə nə qədər möhkəm bağlı olduğunu bilirdim. Onlar mənə ərə getdikdən sonra ayrı yaşamaq istəmədiklərini dəfələrlə demişdilər. Mən onların hisslərinə hörmətlə yanaşdım və bir yerdə qalmalarını istədiyim üçün onlarla evlənməyə razılaşdım. Biz bu qərarı qarşılıqlı razılıqla qəbul etdik və ümid edirik ki, insanlar seçimimizə hörmətlə yanaşacaqlar".
Bununla belə, Allahabad Məhkəməsinin vəkili Anuraq Pandey mətbuata bildirib ki, bu nikah Hindistan qanunvericiliyinə əsasən tanınmayacaq:
"Hindu hüququna görə, hindu dininə mənsub şəxs eyni vaxtda qanuni olaraq bir neçə qadınla evlənə bilməz. Belə nikah hüquqi baxımdan həqiqi sayılmır və etibarlı nikah münasibətləri yaratmır".
Digər Xəbərlər
14 Avqust 2026 08:51
80 minlik “Pokemon” kartları oğurladılar
11 Avqust 2026 14:52
Bu tərliklər ayağın formasını dəyişə bilər
11 Avqust 2026 10:32
Okeanlar heç vaxt belə isti olmayıb
10 Avqust 2026 16:04
Rza Rzayev: Nəsə ağır söhbət oldu!!!
10 Avqust 2026 09:15
Psixoloqlara görə nankor insanlar bu 4 cümləni daim təkrarlayırlar
09 Avqust 2026 19:00
İnsanlar başqalarının sözünü niyə kəsir?
09 Avqust 2026 18:41
Vanqanın 2026-cı il üçün proqnozları yenidən gündəmdə: Daha üç hadisə gözlənilir
09 Avqust 2026 18:03


Bakı -°C

