Azərbaycanda 4,5 bal gücündə zəlzələ oldu - YENİLƏNİB
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
FHN-dən Adalet.az-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
***12:31
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonunda zəlzələ qeydə alınıb.
Adalet.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4,5-ə bərabər olub.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunub.
Digər Xəbərlər
06 Dekabr 2025 21:20
"Qobu Park 1"də zəhərlənənlərdən birinin vəziyyəti ağırdır
06 Dekabr 2025 18:11
Cəlilabadda baş verən yanğını polis əməkdaşları söndürdü - FOTO
05 Dekabr 2025 17:36
Binəqədidə obyektdə partlayış oldu - VİDEO
05 Dekabr 2025 16:25
Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə - 12 nəfər...
05 Dekabr 2025 15:34
Milli Qəhrəmanın atası vəfat etdi
05 Dekabr 2025 11:35
Dəhşətli yanğında həlak olan ana və övladlarının FOTOLARI
05 Dekabr 2025 10:49
Bakıda 21 yaşlı qadın doğuş zamanı öldü
05 Dekabr 2025 09:46


Bakı -°C

