Azərbaycanda "Avtomobil nəqliyyatı haqqında" qanun dəyişdi
Prezident İlham Əliyev Milli Məclisin qəbul etdiyi "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Adalet.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatına, habelə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinə dair ümumi tələblər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən olunur. Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə edilməsi və saxlanılmasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təmin edir.
Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin (dayanacaq məntəqələri istisna olmaqla) yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Digər Xəbərlər
23 Yanvar 2026 10:01
Hibrid və "plug - in" hibrid avtomobillərdəki yanğınların səbəbi nədir? - VİDEO
22 Yanvar 2026 08:19
Bakının bu yollarında tıxac var - SİYAHI
21 Yanvar 2026 11:08
Bu küçələrin kəsişməsi işıqforla nizamlanacaq - VİDEO
20 Yanvar 2026 23:46
Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
20 Yanvar 2026 13:18
Ötən il Azərbaycanda 4 038 ədəd minik avtomobili istehsal olunub
20 Yanvar 2026 09:33
Bəzi avtobuslar fərqli yollarla hərəkət edir
18 Yanvar 2026 08:45
Bakıda avtosalon parklanma yerlərini zəbt etdi - VİDEO
12 Yanvar 2026 10:49


Bakı -°C

