Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq və balıq məhsullarının, süd və süd məhsullarının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, kələmin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, siqaretin qiymətlərində müşahidə edilib.
Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından ucuzlaşma isə unun, yumurtanın, göyərtinin, xiyarın qiymətlərində müşahidə olunub.
Qeyd edilib ki, 2025-ci ilin mart ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil etmişdir. Mart ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sementin, ortopedik döşəklərin, mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının, mobil telefonların, televizorların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyıb.
Digər Xəbərlər

Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən son görüntülər - VİDEO

Xəbəriniz olmadan adınıza necə kredit götürürlər? - VİDEO

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanda yanacaqdoldurma fəaliyyəti ilə bağlı yeni rüsum müəyyənləşir

Bakıda ikinci "Dayanıqlı Tikinti Zirvəsi" keçirilib

Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsü bu tarixdə istifadəyə veriləcək

“AzerGold” QSC Pakistanda ölkələrarası işgüzar görüş və beynəlxalq forumda iştirak edib - FOTO
