Azərbaycanda balıqçılıq sahəsi yeni qanunla tənzimlənəcək
Azərbaycanda “Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb.
Adalet.az-ın xəbərinə görə, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, qanun layihəsi Azərbaycanda balıqçılıq və akvakultura sahəsində vahid hüquqi tənzimləmə mexanizminin yaradılmasını, su bioresurslarından səmərəli istifadəni və onların mühafizəsini təmin etməyi hədəfləyir.
Layihə balıqçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətlərini, idarəetmə prinsiplərini və iştirakçıların hüquq və vəzifələrini müəyyən edir.
Qanun layihəsində balıqçılıq fəaliyyəti sənaye, həvəskar, idman, elmi-tədqiqat və digər növlər üzrə təsnif edilir. Sənəddə balıq və digər su bioresurslarının ovlanması, yetişdirilməsi, artırılması, mühafizəsi, bərpası, eləcə də akvakultura fəaliyyətinin təşkili ilə bağlı hüquqi normalar öz əksini tapıb.
Layihədə balıqçılıq su obyektlərindən istifadənin şərtləri, kvotaların müəyyənləşdirilməsi, icazələrin verilməsi, dövlət reyestrinin aparılması, monitorinq və dövlət nəzarəti mexanizmləri də əks olunub.
Bununla yanaşı, su bioresurslarının qanunsuz ovlanmasının qarşısının alınması, bioloji müxtəlifliyin qorunması və ehtiyatların davamlı idarə olunmasına yönəlmiş tələblər müəyyən edilir.
Qanun layihəsi həmçinin balıqçılıq sahəsində elmi təminatın gücləndirilməsini, rəqəmsal uçot sistemlərinin tətbiqini, balıqçılıq və akvakultura subyektlərinin hüquq və öhdəliklərinin dəqiq müəyyənləşdirilməsini, eləcə də bu sahədə dövlət nəzarətinin daha səmərəli təşkilini nəzərdə tutur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
11 Avqust 2026 23:06
Ordubadda su elektrik stansiyası tikiləcək
11 Avqust 2026 15:49
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
11 Avqust 2026 15:41
“Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq - FOTOLAR
11 Avqust 2026 14:56
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
11 Avqust 2026 14:43
Bakıda torpaq qiymətləri bir ayda 4 % artıb
10 Avqust 2026 10:52
Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı
09 Avqust 2026 13:22
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
08 Avqust 2026 16:09


Bakı -°C

