Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başladıldı
Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.
APA xəbər verir ki, Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Nuriyev Camaləddin Müzafəddin oğlu barəsində Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Onun barəsində aparılan ibtidai istintaq başa çatıb. C.Nuriyev barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, C.Nuriyev 10 ildən artıq Pirəbədil bələdiyyəsinin sədri olub.
Digər Xəbərlər
03 May 2024 15:55
Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib
03 May 2024 11:11Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular
01 May 2024 17:20Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR
30 Aprel 2024 14:53Məhkəmə Elnarə Qasımova barədə qərar verib
30 Aprel 2024 12:49