Azərbaycanda inqilab: məktəb kafeyə köçürüldü + FOTOLAR
Adalet.az-ın əməkdaşı sakinlərin dəvəti ilə Cəlilabadın Maşlıq kəndində qonaq olub. Kənd sakinlərinin əməkdaşımızı kənddə dəvət etməkdə məqsədi illərdir qəzalı vəziyyətdə olan məktəb binasının qəzalı vəziyyətdə olmasını ictimailəşdirmək istəyidir.
Maşlıq kəndinin 5600 nəfər əhalisi, 760 şagirdi, 100 nəfərə yaxın müəllimi və texniki işçisi, 4 şəhidi, 15 Vətən müharibəsi iştirakçısı və 4 qazisi var. Maşlıq kəndinin əhalisi zəhmətkeş camaatdı, onlar əsasən heyvandarlıq və kartof əkini ilə məşğul olurlar.
Maşlıq kənd orta məktəbi birinci Qarabağ müharibəsində şəhid olan kənd sakini Nizami Alışanovun adını dayışır. Kənddə məktəb tikilməsi üçün torpaq sahəsi ayrılsa da, iki il öncə həmin torpaq sahəsi elə kənd sakinlərindən birinə satılıb. Sakinlər şikayət etsə də, heç kim onların şikayətinə baxmayıb.
Hazırda qəzalı məktəb binasında 215, kəndin uşaq bağçasının binasında 480 və kənddə bir vaxt kafe kimi fəaliyyət göstərən binada isə 55 nəfər şagird təhsil alır. Kəndin 30 nəfər şagirdi isə qonşu Muğan kənd tam orta məktəbinə gedir.
Kənd sakinləri xahiş edib ki, məsələni ictimailəşdirək və Elm və Təhsil Nazirliyi yaxın vaxtlarda onlara yeni məktəb binası tiksin.
Vasif Əlihüseyn
Fotolar müəllifindir.
Digər Xəbərlər
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08


Bakı -°C

