Azərbaycanda çovğun müşahidə edilir
Hazırda ölkə ərazisində hava şəraiti mürəkkəb sinoptik proseslərin təsiri altında formalaşır.
Adalet.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, Ffevralın 3-ü axşam saatlarından başlayaraq şimal-qərb istiqamətindən ölkə ərazisinə daxil olan arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub. Eyni zamanda rütubətli Aralıq dənizi siklonunun təsiri ilə buludluluq artıb, yağış, bəzi yerlərdə sulu qar, qar yağması müşahidə olunur.
"Fərqli xüsusiyyətlərə malik hava kütlələrinin qarşılıqlı təsiri nəticəsində atmosferdə təzyiq qradiyenti yüksəlib, qeyri-sabitlik müşahidə olunur. Bu səbəbdən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə edilir. Hazırda Bakı və Abşeron yarımadasında küləyin maksimal sürəti 28 m/s-yə çatır".
G.Abbasovanın sözlərinə görə, müşahidə olunan küləkli hava şəraitinin fevralın 5-i səhərədək davam edəcəyi gözlənilir:
"Fevralın 4-dən 5-nə keçən gecə Abşeron yarımadasının bəzi ərazilərində havanın minimal temperaturun 0 dərəcədən mənfi 2 dərəcəyədək enməsi nəticəsində bəzi yolların buz bağlaması ehtimalı var. Eyni zamanda bölgələrdə də intensiv yağıntılar davam edəcək, əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq".
Digər Xəbərlər
04 Fevral 2026 14:44
Ərinin videosuna görə istefa ərizəsi yazan qadın işdən çıxarıldı
04 Fevral 2026 12:38
Azərbaycan və Pakistan HDQ komandanları İslamabadda görüşüb
04 Fevral 2026 11:57
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
04 Fevral 2026 11:15
Təranə Salıfovaya vəzifə verildi
04 Fevral 2026 09:51
Bakıda küləyin sürəti 28 m/s təşkil edir - FAKTİKİ HAVA
04 Fevral 2026 09:00
Yol Polisindən sürücülərə çağırış - Sürət həddinə riayət edin!
03 Fevral 2026 16:49
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
03 Fevral 2026 16:11


Bakı -°C

