adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Aprel 2021 16:54
31876
SAĞLAMLIQ

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 100 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 86 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 177 187, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 289, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 898 təşkil edir.