adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 May 2022 16:35
424
SAĞLAMLIQ

Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

İndiyədək ümumilikdə 792 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 969 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 53 nəfərdir.

Ölkədə son sutka ərzində 3 290, hazırkı dövrədək isə 6 880 431 test aparılıb.