adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Aprel 2024 17:23
925
SAĞLAMLIQ

Özəl klinikalar endirim etsə...    

Bu gün demək olar ki, Bakıda və bölgələrdə fəaliyyət göstərən  özəl klinikalarda müayinə və müalicə çox bahadır.

Ona görə də əksər pasiyentlər onların xidmətlərindən  yararlana bilmirlər. Təbii ki, bu da aztəminatlı ailələrin və imkansız insaların  narazılıqlarına gətirib çıxarır. Elə həkimlər var ki, onların qəbulu 100  manatdan artıqdır.

Amma kimliyindən asılı olmayaraq  özəl klinikalara yolumuz düşür! Bir klinikanın adını çəkib reklam etmək istəmirəm. Adını çəkmək istəmədiyimiz  klinikanın  məşhur həkiminin-  Nicat həkimin  qəbulu 30 manat idi. Və birinci dəfə idi ki,  ucuz qəbul görürdük! Bununla yanaşı, Nicat həkim çox sadə və səmimi bir insandır! Elə buna görə də pasiyentlər ondan çox razılıq edir. Deməli, özəl klinikalar endirim edə bilərlər.

Sadəcə olaraq bunun üçün bir  mərhəmət və millət sevgisi lazımdır!

Emil Faiqoğlu