Azərbaycanda daxili borcun artmasının səbəbi AÇIQLANDI
Xarici dövlət borcu elə də böyük məbləğdə deyil, daha çox layihələrlə bağlı xarici borcu artırmaq istəyirik.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib
Nazir deyib ki, daxili borcların həcmi artıb: “Vaxtilə Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı tərəfindən Beynəlxalq Bankın toksik borcları alınırdı. Bunun üçün dövlət tərəfindən vəsait ayrılmışdı. Həm də bu toksik aktivlərin sağlamlaşdırılması üçün dövlət zəmanəti ilə istiqrazlar verilmişdi. Bu aktivləri balans qiyməti ilə alırdıq, lakin onun satışı real bazar qiymətindən aşağı idi və nəticədə zərər əldə edilirdi. “Aqrarkredit” bir vaxta qədər bunu idarə edirdi. İndi müəyyənləşdi ki, bu qurum bu borcları idarə etmək iqtidarında deyil. Nəticə etibarı ilə bu borcu dövlət borcu kimi qiymətləndirdik. Bu, dövlət borcumuzun artmasına təsir etdi”.
Digər Xəbərlər
26 Sentyabr 2026 09:45
Daxili siyasətin əsas prioritetlərindən biri açıqlandı
26 Sentyabr 2026 09:30
Azərbaycana 350 milyard dollar investisiya yatırılıb
25 Sentyabr 2026 21:21
II Beynəlxalq İnvestisiya Forumunun ilk günü başa çatdı
25 Sentyabr 2026 13:58
TRİPP mühüm vasitədir - Diplomat
25 Sentyabr 2026 12:58
AIIF çərçivəsində 12 sənəd imzalandı - YENİLƏNİB
25 Sentyabr 2026 12:03
"Öz iqtisadiyyatımıza investisiya qoymaqdan çəkinmirik" - Nazir
25 Sentyabr 2026 08:51
"Onlardan 406 müəssisə özəl sektorun təmsilçisidir"
24 Sentyabr 2026 22:26


Bakı -°C

