Debet kartların satışına məhdudiyyət qoyulması ilə bağlı - Rəsmi Açıqlama
“Azərbaycan Banklar Assosiasiyası” son günlər ödəniş kartlarının sayı ilə bağlı ictimaiyyətdə yaranan suallara aydınlıq gətirib.
Adalet.az xəbər verir ki, ABA tərəfindən qəbul edilmiş yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bankda bir məhsul üzrə bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur.
“Nəzərə alınmalıdır ki, müştərilər tərəfindən ödəniş kartının istifadə məqsədi barədə banka ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların bankda ödəniş xidməti istifadəçisi barədə mövcud məlumatlarla uyğunluq təşkil etdiyi, habelə qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda müştərilərə bir məhsul üzrə əlavə ödəniş kartlarının verilməsi banklar tərəfindən sərbəst şəkildə təmin olunur.
Beləliklə, bu yanaşmanın əsas məqsədi ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etməklə yanaşı, təhlükəsiz, dayanıqlı və sağlam ödəniş ekosisteminin formalaşdırılmasına töhfə verməkdir”, - deyə açıqlamada qeyd edilib.
Digər Xəbərlər
24 Sentyabr 2026 17:25
Bank kartları ilə bağlı DAHA BİR QADAĞA
24 Sentyabr 2026 13:48
Mal əti bahalaşdı - VİDEO
24 Sentyabr 2026 10:40
“Heç olmasa adamların öz halal pulundan özünə borc verilsin”
24 Sentyabr 2026 10:10
“Əldə ediləcək əlavə gəlirlərin müəyyən hissəsinin gələcəkdə gəlir yaradacaq...”
23 Sentyabr 2026 20:38
Bu ödənişlərə 50 faiz güzəşt - Yeni qayda
23 Sentyabr 2026 10:51
“Bu, qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək”
22 Sentyabr 2026 20:09
"Ölkə iqtisadiyyatının artım templəri çox da böyük deyil" - Prezident
22 Sentyabr 2026 15:55


Bakı -°C

