BMT-də 80-ə yaxın ölkə Hörmüzdə gəmiçiliyin bərpasına çağırış edib
Təxminən 80 ölkə Yaxın Şərqdə İranın və husilərin hərəkətlərini pisləyərək Hörmüz boğazında gəmiçiliyin təcili bərpasını tələb edib.
Adalet.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaninin Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı çərçivəsində oxuduğu birgə bəyanatda deyilir.
Bəyanata əsasən, bu hərəkətlər beynəlxalq ticarətə və enerji təhlükəsizliyinə zərbə vurur.
"İranın Hörmüz boğazındakı hərəkətləri beynəlxalq təhlükəsizliyə, eləcə də gəmi sahiblərinin hüquq və azadlıqlarına təhdid yaratmaqda davam edir... Biz həmçinin husilərin Yəməndə münaqişəni bərpa etmək qərarını, onların Səudiyyə Ərəbistanına aramsız zərbələrini və Qırmızı dənizdəki düşüncəsiz hücumlarını qətiyyətlə pisləyirik", - Əl-Zəyani qeyd edib.
Bəyanatı imzalayanlar arasında Fars körfəzinin ərəb və böyük Qərb dövlətləri var.
Bəyanatda həmçinin qeyd olunub ki, husilərin Bab-əl-Məndəb boğazına doğru irəliləməsi beynəlxalq gəmiçilik, dəniz təhlükəsizliyi və dünya ticarəti üçün riskləri yalnız artıracaq.
Digər Xəbərlər
24 Sentyabr 2026 23:33
Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq
24 Sentyabr 2026 23:11
Netanyahunun çıxışı zamanı zalı tərk etdilər - VİDEO
24 Sentyabr 2026 23:08
Şahbaz Şərif və Məsud Pezeşkian regiondakı vəziyyəti müzakirə ediblər
24 Sentyabr 2026 23:00
"TRIPP Hörmüz boğazına alternativ ola bilər" - Uitkoff
24 Sentyabr 2026 20:45
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik
24 Sentyabr 2026 20:29
Si Cinpin süni intellektlə bağlı narahatlığını bildirdi
24 Sentyabr 2026 19:46
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur
24 Sentyabr 2026 19:41


Bakı -°C

