Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur
Türkiyə-Yunanıstan münasibətləri seçki materialı edilməyəcək qədər həssas və mühümdür.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində jurnalistlərlə bildirib.
"Onsuz da Yunanıstanın və ya digər qonşularımızın daxili siyasəti ilə maraqlanmaq kimi bir dərdimiz yoxdur. Yunanıstanda seçki olar, hökumət dəyişər, müxalifət dəyişər; bunlar bizim məsələmiz deyil", - o deyib.
Ərdoğan qeyd edib ki, əsas məsələ Türkiyənin hüquqları, təhlükəsizliyi, Egey və Şərqi Aralıq dənizində sülh və sükunətin qorunmasıdır: "Bunu ilk növbədə çox aydın şəkildə demək istəyirəm; Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur, NATO çətiri altında müttəfiqidir.
İki ölkə münasibətləri seçki materialı edilməyəcək qədər həssas və mühümdür. Sözügedən müzakirələrə bu prizmadan baxırıq. Biz öz gündəmimizə köklənmişik, indi də öz işimizlə məşğuluq."
Digər Xəbərlər
19 Oktyabr 2026 22:00
Parisdə komendant saatı elan edildi
19 Oktyabr 2026 20:00
Rusiya Xarkova zərbə endirib, 6 nəfər ölüb
19 Oktyabr 2026 13:57
Türkiyədə sel qurbanlarının sayı artdı
19 Oktyabr 2026 13:54
Samsun - tarixin dənizlə qovuşduğu şəhər
19 Oktyabr 2026 12:29
Trampın Özbəkistana səfəri planlaşdırılır
19 Oktyabr 2026 12:09
"İran ABŞ-nin hücumlarına cavab verməyə hazırdır"
19 Oktyabr 2026 11:59
Trampdan Zelenskiyə irad: “O, bu müharibəyə son qoymaq istəmir”
19 Oktyabr 2026 11:38


Bakı -°C

