adalet.az header logo
  • Bakı -°C
19 Oktyabr 2026 12:29
80
DÜNYA
A- A+

Trampın Özbəkistana səfəri planlaşdırılır

Vaşinqton 2027-ci ildə ABŞ Prezidenti Donald Trampın Özbəkistana səfərini təşkil etmək niyyətindədir. 

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə açıqlamasında bildirib.

“Biz səfərin baş tutmasını istərdik. Gələn il ərzində bunun üzərində işləyəcəyik və mümkün tarixləri müəyyənləşdirəcəyik”, - o deyib. 

Rubionun sözlərinə görə, Tramp özü belə bir imkan olacağı təqdirdə Özbəkistana səfər etmək niyyətini ifadə edib.