Azərbaycanda Dövlət Bayrağı Meydanı istifadəyə verildi

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağımız əbədi yüksəkliyə qaldırılıb, müstəqil dövlətçiliyimizin bərpası istiqamətində mühüm qərarlar qəbul edilib. Ulu Öndər Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Qurtuluşun əsasını qoyub, milli birliyi və sabitliyi təmin edib, müstəqilliyimiz qorunub saxlanılıb. Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin yolunu uğurla davam etdirərək dövlətçiliyimizi daha da möhkəmləndirib, Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlib, torpaqlarımız işğaldan azad olunub, Böyük Zəfər qazanılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, noyabrın 17-də Culfa rayon Dövlət Bayrağı Meydanı istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa Bayraq Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dirçəliş Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçrəngli bayrağımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, əməyi olanlara təşəkkürünü bildirib.
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədr müavini, ziyalı Ədalət Əhmədov yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib.
Məktəblilərdən Yasin Ələkbərov və Fidan Həşimova bayrağa həsr olunmuş şeirlər söyləyiblər.
Sonra Ali Məclisin Sədri məktəblilərlə birgə qurğunu işə salıb, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalıb.
Bayraq Meydanı ilə tanışlıq zamanı məlumat verilib ki, bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 44, meydanda dalğalanan bayrağın uzunluğu 16, eni isə 8 metrdir. Milli ornamentlərin – alov, xarıbülbül və ay-ulduzun əks olunduğu memarlıq elementləri ilə dizayn edilmiş Bayraq Meydanında müasir işıqlandırma sistemi quraşdırılıb, gülkarlıqlar salınıb. Həmçinin meydanın ətrafında da geniş abadlıq işləri görülüb, suvarma sistemi qurulub, avtomobil dayanacağı yaradılıb.
Ali Məclisin Sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının üzvlərini, təəssübkeşlərini partiyanın 30 illiyi münasibətilə təbrik edib.
Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i Fərəc Fərəcov deyib: “Vaxtilə biz ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının çətin günlərini görmüşük. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmasaydı, Yeni Azərbaycan Partiyası yaradılmasaydı, bugünkü inkişafın da şahidi ola bilməzdik. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında inkişaf nümunə gücündədir”.
Sonra Ali Məclisin Sədri tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Digər Xəbərlər
 30 Oktyabr 2025 14:25
 30 Oktyabr 2025 14:25 Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB
 30 Oktyabr 2025 14:14
 30 Oktyabr 2025 14:14 “Hamiləlik faktı üzə çıxanda, bəzən ailələr qızlarını ayıbdan xilas etmək üçün...”
 30 Oktyabr 2025 09:30
 30 Oktyabr 2025 09:30 Leyla Əliyeva “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü - FOTOLAR
 29 Oktyabr 2025 12:30
 29 Oktyabr 2025 12:30 Yağış yağacaq. şimşək çaxacaq - SABAHIN HAVASI
 29 Oktyabr 2025 11:59
 29 Oktyabr 2025 11:59 Leyla və Arzu Əliyevalar Axar-Baxar Milli Parkının açılış mərasimində - FOTOLAR
 29 Oktyabr 2025 09:46
 29 Oktyabr 2025 09:46 "Bu təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxın" - Əhaliyə xəbərdarlıq
 29 Oktyabr 2025 09:16
 29 Oktyabr 2025 09:16 Polis “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirdi - VİDEO
 28 Oktyabr 2025 18:39
 28 Oktyabr 2025 18:39 

 Bakı -°C
 Bakı -°C 






