Azərbaycanda Dövlət Suverenliyi Günüdür

20 Sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günüdür.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıb. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.
Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.
20 Sentyabr - Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü hələlik iş günü sayılan bayram günü hesab olunur.
Digər Xəbərlər

“Əsrin müqaviləsi”nin imzalanmasından 31 İL KEÇİR

Qatarların qarşısına 81 dəfə qəfil insan çıxdı - 7 nəfər öldü

Erkən nikahlarla bağlı qanunun sərtləşdirilməsi təklif olunur

“AzerGold” QSC-də növbəti qanvermə aksiyası keçirilib

Minatəmizləmə fəaliyyətinə dair tələblər təsdiqləndi

“Bu əməliyyatla 10 min erməni silahlısı əsgərimiz tərəfindən fərari statusu ilə “təltif” edildi”

Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi
