Azərbaycanda ekstern imtahanları keçirildi
Bu gün ölkə üzrə ekstern imtahanları keçirilib. Bakı və Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə imtahanlar ilk dəfə olaraq elektron formada təşkil edilib.
Bu barədə Adalet.az-a Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, ötən il 4 və 6-cı siniflər üzrə keçirilən monitorinqlər zamanı təxminən 10 minə yaxın şagird elektron formada imtahana cəlb edilib: "Cari ildə keçiriləcək monitorinqlərdə elektron formada imtahana cəlb edilən şagirdlərin sayının daha da artırılması istiqamətində təhlillər aparılır. Elektron imtahan infrastrukturunun genişləndirilməsi və iştirakçılar üçün daha əlverişli şəraitin yaradılması istiqamətində işlər davam etdirilir".
"2026-cı ilə qədər imtahan mərkəzlərinin sayının 59-a (2022-ci ildə 15), eyni anda imtahanda iştirak edənlərin sayının 12 min nəfərə (2022-ci ildə 5 min), imtahanların təşkil olunduğu şəhərlərin sayının 26-ya (2022-ci ildə 10) çatdırılması hədəflənir", -Agentlikdən bildirilib.
Qeyd edilib ki, imtahanların elektron təşkili qiymətləndirmədə şəffaflığı və obyektivliyi artırır, insan amilindən asılılığı minimuma endirir: "Prosesin rəqəmsal şəkildə izlənməsi nəzarəti gücləndirir və daha ədalətli və etibarlı imtahan mühiti yaradır. Bu istiqamətdə fəaliyyətlərimiz genişləndirilərək davam edəcək".
Digər Xəbərlər
10 Mart 2026 20:22
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb - FOTOLAR
10 Mart 2026 15:42
Elm və təhsil naziri Xankəndi və Xocalıda təhsil müəssisələrində olub - FOTOLAR
10 Mart 2026 14:06
Azərbaycan Universitetinin əməkdaşları dərs vəsaiti hazırlayıblar
10 Mart 2026 12:17
Buraxılış imtahanı sualaları çətin olub? - DİM-dən AÇIQLAMA
10 Mart 2026 10:04
İmtahan nəticələrinin 7 həftə ərzində elan olunması nəzərdə tutulub
09 Mart 2026 09:20
Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək
06 Mart 2026 12:23
Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ - Qəbul prosesi başa çatdı
05 Mart 2026 12:27


Bakı -°C

