Şəhid ailələri üçün tikilən bina TƏHLÜKƏDƏ - VİDEO
3 binanın zirzəmisinə 18 gündür dayanmadan su axır...
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, sakinlər suyu nasoslar vasitəsilə təmizləməyə çalışsalar da, artmaqda davam edir.
Bura paytaxtın Sabunçu rayonu Savalan yaşayış massivində qazi və şəhid ailələri üçün inşa edilmiş yaşayış kompleksidir.
Sakinlər bildirirlər ki, günlərdir bu problem onların həyat və yaşayışını çətinləşdirib.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirildi ki, Leyla Bədirbəyli küçəsində yerləşən 12 binadan ibarət yaşayış kompleksində 3 binanın zirzəmi hissəsinə yığılan suların kənarlaşdırılması məqsədilə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən nasos quraşdırılıb, hal-hazırda da işlək vəziyyətdədir. O da qeyd edilib ki, rayonun Bakıxanov, Sabunçu və Zabrat qəsəbəsinin bir hissəsi istisna olmaqla, digər qəsəbələrində mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından aramsız yağıntılar zamanı məişət, yağış və qrunt sularının hər hansı bir istiqamətdə kənarlaşdırılmasında çətinliklər yaranır. Bu şəbəkənin qurulması aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Dövlət Proqramları çərçivəsində icra olunur.
Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirildi ki, sözügedən ünvana Sabunçu rayon Sukanal İdarəsinin briqadası tərəfindən baxış keçirilib. Xətlər yoxlanılıb, hər hansı su və ya kanalizasiya xəttində axıntı aşkarlanmayıb. Həmçinin şikayətə əsasən, zirzəmidəki sudan nümunə götürülüb. Analizin cavabına əsasən zirzəmiyə dolan suyun qrunt suyu olduğu müəyyənləşdirilib, vətəndaşlara da bununla bağlı məlumat verilib.
Digər Xəbərlər
17 Aprel 2026 22:19
Mehriban Əliyeva Antalya Forumundan görüntülər PAYLAŞDI - VİDEO
17 Aprel 2026 17:35
Buraxılış imtahanının nəticələri açıqlandı
17 Aprel 2026 13:17
AAYDA-nın qurumu ləğv edilir
17 Aprel 2026 12:56
Hava Hücumundan Müdafiə ixtisası üzrə MAXE qəbulu elan edildi
17 Aprel 2026 12:48
Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarla gedənlərin NƏZƏRİNƏ!
17 Aprel 2026 11:38
Biləcəriyə işıq verilməsində fasilə yaranacaq
17 Aprel 2026 11:09
Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir - Ali Məhkəmədən xəbərdarlıq
17 Aprel 2026 10:53


Bakı -°C

