adalet.az header logo
  • Bakı -°C
18 Aprel 2026 12:16
80
SİYASƏT
A- A+

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb.

Adalet.az xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları üzrə məhsuldar fikir mübadiləsi aparılıb.