“Bir hərbi əməliyyatla Livandakı “Hizbullah” hərəkatını bitirmək...”
“İrandakı rejim “Hörmüz boğazı”nı açmaqla strateji qərar verdi. Çünki, Tehran boğazı açmasaydı, ABŞ da boğazdan tankerlərin çıxışını və girişinı nəzarətdə saxlamaqla neft satışında İrana problemlər yaşadacaqdı. Bu isə İranın iqtisadi vəziyyətini daha da ağırlaşdıracaqdı. Ancaq İrandakı rejim Vaşinqtondan qarşılıq almadan “boğazı” açmaq istəmirdi. Çünki, bu rejimin geri addımı kimi qiymətləndiriləcəkdi. Rejim belə bir görüntü vermək istəmirdi. Bu olmasın deyə, Tehran “İsrail Livana qarşı əməliyyatı dayandırsın” tələbini irəli sürdü. Zatən, İsrail artıq Livandakı hərbi əməliyyatı bitirmək barədə düşünürdü. Bir hərbi əməliyyatla Livandakı “Hizbullah” hərəkatını bitirmək praktik baxımdan mümkün deyil”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, əksi olsaydı, İsrail 40 il ərzində Livanda keçirdiyi müxtəlif hərbi əməliyyatlar vasitəsilə hərəkatın sonunu gətirərdi:
“Ona görə də İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın çağırışına etiraz etməyərək, Livanla atəşkəsə, hətta Beyrutla danışıqlara başlamağa razılaşdı. İsrail-Livan atəşkəsi İran rejiminin “Hörmüz boğazını açdıq” elanına şərait yaratdı. Buna cavab olaraq da ABŞ-ın boğazı mühasirədə saxlamasına ehtiyac qalmayacaq. Razılaşma enerji qiymətlərini sabitləşdirməyə və beynəlxalq aləmin rahat nəfəs almasına imkan verəcək. Bunun nə qədər çəkəcəyini isə İranla ABŞ arasındakı gələcək danışıqların gedişatı göstərəcək. Hər halda tərəflər yeni müharibədən yayınmağa çalışırlar. Yorğunluq var. Ancaq “Hizbullah” İsrailə raket zərbəsi endirərsə, vəziyyət yenidən gərginləşəcək. Odur ki, SEPAH yeni müharibə və “Hörmüz boğazı”nın yenidən qapadılmasını istəmirsə, “Hizbullah”dan atəşkəsə riayəti tələb etməlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
06 Noyabr 2026 18:14
"Yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb" - Prezident
06 Noyabr 2026 18:05
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident
06 Noyabr 2026 17:20
Ceyhun Bayramov Li Junhua ilə görüşüb
06 Noyabr 2026 15:39
Sərhədlər bağlıdır, İran heç nə edə bilməz! -Səxavət Məmməd yazır
06 Noyabr 2026 15:08
Elçin Əmirbəyov və Kestutis Budris ikitərəfli əməkdaşlığı müzakirə ediblər
06 Noyabr 2026 12:25
Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub
06 Noyabr 2026 12:15
Mircəlil Qasımlı: Nəzakəti və hörməti haqq etməyən insanlara...
06 Noyabr 2026 11:29


Bakı -°C

