"Geosiyasi qeyri-sabitlik Orta Dəhlizin əhəmiyyətini artırır" - Elçin Əmirbəyov
"Azərbaycanın geosiyasi mövqeyi, strateji keçid yolu üzərində yerləşməsi ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini daha da ön plana çıxarır".
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov V Antalya Diplomatiya Forumu çərçivəsində “Bağlantıda yeni imkanlar” mövzusunda keçirilən panel iclasda səsləndirib.
“Orta Dəhliz qitələrarası nəqliyyat dəhlizidir və bəlkə də, iki qitəni birləşdirən ən qənaətli, təhlükəsiz, qısa marşrutdur. Eyni zamanda, bu şaxələndirməni artırır. Hesab edirəm ki, bazar dəyişkənliyi, geosiyasi qeyri-sabitlik və gərginlik Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Əvvəllər bu, sadəcə, alternativ variantlardan biri idisə, hazırda mövcud vəziyyətdən çıxış üçün getdikcə daha vacib bir yol halına gəlib”, - deyə E.Əmirbəyov bildirib.
Digər Xəbərlər
21 May 2026 16:44
Şahbaz Şərif Azərbaycan Prezidentinə məktub göndərdi
21 May 2026 16:03
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21 May 2026 15:54
Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik etdi
21 May 2026 15:20
Prezident Administrasiyasında Mütəllim Rəhimovla görüş keçirildi
21 May 2026 13:43
Makron İlham Əliyevə zəng etdi
21 May 2026 11:09
Tramp və Putin Çini qazanmaq uğrunda mübarizə aparır – Politoloq
21 May 2026 10:33
WUF13 Azərbaycanın qlobal gündəmdə artan rolunun əsas göstəricisidir
21 May 2026 09:34


Bakı -°C

