adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Aprel 2024 10:18
965
HADİSƏ

Azərbaycanda evdə partlayış oldu -xəsarət alanlar var

Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış olub.

Adalet.az bildirir ki, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü B.Mərdanova, 2001-ci il təvəllüdlü A.Mərdanova və 2023-cü il təvəllüdlü R.Məhərrəmov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerlədiriliblər. Yaralılardan B.Mərdanovanın vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, yaralılar evdə qaz sızması nəticəsində partlayış olması nəticəsində xəsarət alıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır./apa