Azərbaycanda gənclərin neçə faizi işsizdir? - AÇIQLAMA
"Hazırda 10 milyon 224 min əhalimizin 2 milyon 300 mini 14-29 yaşında olan vətəndaşlarımızdır. Onların 1 milyon 206 mini kişi, 1 milyon 94 min isə qadındır. Rəsmi statistikaya əsasən, gənclərin 5.3 faizi işsizdir. Bu yaş qrupu üzrə işsizlik səviyyəsi kişilərdə 4.6, gənc xanımlar də isə 6.1 faizdir".
Adalet.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2726 gəncimiz fəlsəfə, 578 nəfəri isə elmlər doktorluğu almaq üçün təhsillərini davam etdirir.
"Fəlsəfə doktorluq dərəcəsi almaq istəyən gənclərimizin sayında artımlar olsa da, elmlər doktoru olmağa can atanların sayı azalıb. Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 2,5 faizini 25 yaşadək, 13,7 faizini 25-29 yaşda olan gənclər təşkil edir. 2024/2025-cü tədris ilinin əvvəlinə xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan gənclərinin sayı 1111 nəfər olub. Onun 212-si MDB ölkələrini, qalanı isə digər dövlətləri seçib. Gənclərimizin təhsilə marağının yüksəlməsi onların cəmiyyətin inkişafında daha fəal iştirakından xəbər verir", - deyə deputat qeyd edib.
Digər Xəbərlər
08 Aprel 2026 14:32
TƏBİB-in Müşahidə Şurasının sədri oldu
08 Aprel 2026 14:03
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirildi
08 Aprel 2026 13:28
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
08 Aprel 2026 11:39
Kütləvi zəhərlənmə olan restoranın fəaliyyəti dayandırıldı - RƏSMİ
08 Aprel 2026 10:53
İrandan Azərbaycana indiyədək 3 379 nəfər təxliyə olunub
08 Aprel 2026 10:14
Avtobus marşrutlarına onlayn bilet satışı artıb
08 Aprel 2026 09:56
Nazirlik əhaliyə müraciət etdi - Qadağan olduğunu nəzərə alın!
07 Aprel 2026 19:12


Bakı -°C

