05 Yanvar 2025 13:41
344
SİYASƏT

Azərbaycanda hər kəs eyni hüquq və azadlıqlara malikdir - Prezident

Nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir.

Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrikində bildirilib.

    “Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.