Azərbaycanda manatla müddətli kredit qoyuluşları artıb
Bu ilin fevralıın 1-nə Azərbayacanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 31,863 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 557,5 milyon manat təşkil edib.
Adalet.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, cəmi kredit qoyuluşlarının 27,5 milyard manatını milli valyutada kreditlər təşkil edib.
Milli valyutadakı kreditlərin 452,6 milyon manatının ödəmə vaxtı keçib.
Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,333 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 104,9 milyon manatının ödəmə vaxtı keçib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin fevralın 1-nə milli valyutada qoyulmuş kreditlər 2,640 milyard manat və ya 10,6% artıb, xarici valyutada qoyulmuş kreditlər isə 101,5 milyon manat və ya 2,3% azalıb.
Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,421 milyard manatını qısamüddətli, 23,109 milyard manatını uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 1,271 milyard manatını qısamüddətli, 3,063 milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib.
Digər Xəbərlər
01 Oktyabr 2026 11:08
Manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA
01 Oktyabr 2026 10:58
"Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı xüsusi diqqətdədir" - Nazir
01 Oktyabr 2026 10:53
“Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur”
01 Oktyabr 2026 10:05
Azərbaycan nefti bahalaşdı
01 Oktyabr 2026 09:57
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
30 Sentyabr 2026 17:19
Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı
30 Sentyabr 2026 16:38
Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı
30 Sentyabr 2026 14:40


Bakı -°C

